Nigeriyada törədilən terror aktı nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb - YENİLƏNİB

Nigeriyada törədilən terror aktı nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 10 dekabr 2016 00:23 (UTC +04:00)

Nigeriyanın Madaqali şəhərində törədilən iki partlayış nəticəsində ölənlərin sayı 56-ya nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimal-şərqində yerləşən Madaqali şəhərinin bazarında qeydə alınıb.

Son məlumata əsasən, bazarda bir-birinin ardınca baş verən iki partlayış nəticəsində 56 nəfər ölüb, 57 nəfər yaralanıb.

Madaqali şəhəri ötən il “Boko Haram” terror qruplaşmasının silahlılarından təmizlənib. Hazırda Nigeriya ordusu Madaqali yaxınlığında gizlənən terrorçuların mövqelərinə zərbələr endirir.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

***

20:12

Nigeriyanın Madaqali şəhərində bazarda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.

İnsidentin təfərrüatları barədə məlumat verilmir. Partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Madaqali şəhəri ötən il “Boko Haram” terror qruplaşmasının silahlılarından təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR