Ağ Ev: “Çin və Rusiya Şimali Koreyaya təzyiq göstərməlidirlər”

Ağ Ev: “Çin və Rusiya Şimali Koreyaya təzyiq göstərməlidirlər”
# 15 may 2017 21:22 (UTC +04:00)

Çin və Rusiya Şimali Koreyaya təzyiq göstərməli, rəsmi Pxenyana qarşı sanksiya tətbiq etməlidirlər.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin nümayəndəsi Şon Spayser bəyan edib.

“Biz region ölkələri, ilk növbədə, Rusiya və Çini Koreya yarımadasında vəziyyətin nizamlanması və sabitliyə nail olmaq üçün əllərindən gələni etməyə çağırırıq. Şübhə yoxdur ki, Şimali Koreyanın hərəkətləri tək ABŞ və onun tərəfdaşları deyil, həm də Çin və Rusiyaya üçün təhlükə doğurur”, deyə Ş.Spayser bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR