Gəncədə iki 4 otaqlı ev yanıb

Gəncədə iki 4 otaqlı ev yanıb
# 19 may 2017 05:37 (UTC +04:00)

Gəncədə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin satına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları 80 m2 sahədə və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 m2 sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR