Gəncədə avtomobil 24 yaşlı oğlanı vurub

Gəncədə avtomobil 24 yaşlı oğlanı vurub
# 19 may 2017 21:04 (UTC +04:00)

Gəncədə piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Şəhərin Şahsevənlər küçəsində yaşayan, 1993-cü il təvəllüdlü Xəlilov İlkin Elçin oğlu yolu keçərkən avtomobillə vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb. Xəsarət alan gənc Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR