Bakıda qız üstündə tanışlarını bıçaqlayan şəxsə hökm oxunub

Bakıda qız üstündə tanışlarını bıçaqlayan şəxsə hökm oxunub
# 13 sentyabr 2017 09:15 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Məhərrəmov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin yayında Nəsimi rayonunda baş verib. F. Məhərrəmov sevdiyi qıza görə iki nəfər tanışı olan Bakı sakinini bıçaqlayıb. Xəstəxanaya çatdırılan şəxsülərin həyatını xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR