Ölkə ərazisində toz dumanı müşahidə olunur

Ölkə ərazisində toz dumanı müşahidə olunur
# 31 yanvar 2020 11:32 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən, 31 yanvar 2020-ci il tarixində gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. Hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz dumanının daxil olmasıdır.

Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur.

Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR