ABŞ-da polislə etirazçılar arasında toqquşma baş verib, 13 nəfər saxlanılıb

ABŞ-da polislə etirazçılar arasında toqquşma baş verib, 13 nəfər saxlanılıb
# 16 sentyabr 2017 05:07 (UTC +04:00)

ABŞ-ın Sent-Luis şəhərində (Missuri ştatı) polislə etirazçılar arasında toqquşma baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb, 13 etirazçı saxlanılıb.

Etiraza səbəb məhkəmənin 2011-ci ildə qaradərili gənci güllələyən polisə bəraət verməsi olub. Məhkəmə qərarını açıqladıqdan dərhal sonra Sent-Luis şəhərində yüzlərlə insan küçələrə axışıb.

Qeyd edək ki, altı il əvvəl Sent-Luisdə sabiq polis zabiti Ceyson Stokli 24 yaşlı qaradərili Entoni Lamar Smiti güllələyərək öldürüb.

Xatırladaq ki, 2014-cü ildə Missuri ştatının Ferqyson şəhərində qaradərili gənc Maykl Braun polis tərəfindən açılan atəşlə qətlə yetirilmiş, bundan sonra şəhəri etiraz aksiyaları bürümüş, polislə etirazçılar arasında çoxsaylı toqquşmalar baş vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR