Paytaxtda quldurluq edən şəxslər tutulub

Paytaxtda quldurluq edən şəxslər tutulub
# 06 fevral 2016 11:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda quldurluqla məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 5-də Bakı şəhər sakini Fərid Şükürov polisə müraciət edərək yanvarın 17-də sosial şəbəkədə tanış olduğu bir qadınla əvvəlcədən razılaşdırdıqları yerdə görüşdüklərini, orada tanımadığı 3 nəfərin ona hədə-qorxu gələrək 240 manatını almalarını, yenidən pul gətirməyəcəyi təqdirdə öldürəcəkləri ilə hədələmələrini, fevralın 4-də isə daha 100 manat tələb etmələrini bildirib. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Ağcabədi rayon sakini Zaur Əhmədov tutulub, digər 2 nəfər isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR