Şəmkirdə fərdi ev yanıb

Şəmkirdə fərdi ev yanıb
# 27 mart 2016 20:15 (UTC +04:00)

Bakı-APA. Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Şiştəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR