Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 8-ə çatıb

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 8-ə çatıb
# 02 fevral 2016 08:54 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda H1N1 virusundan daha bir nəfər ölüb. Bununla da bu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 8-ə çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Rustavi 2” telekanalına açıqlama verib.

Onun sözlərinə görə, ötən həftələrlə müqayisədə qeydiyyata alınan xəstələrin sayı azalıb: "Artıq üçüncü həftədir ki, qeydiyyata alınan xəstələrin sayının azaldığını müşahidə edirik. Təəssüf ki, H1N1 virusundan daha bir nəfər ölüb. Bu, xəstənin həkimlərə gec müraciət etməsi üzündən baş verib. Biz hamıya tövsiyə edirik ki, H1N1 virusunun simptomları aşkar edilsə, dərhal xəstəxanalara müraciət etsinlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR