Sumqayıtda kişi keçmiş arvadını bıçaqlayıb

Sumqayıtda kişi keçmiş arvadını bıçaqlayıb
# 04 iyul 2016 09:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda ər keçmiş arvadını bıçaqlayıb.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 3-cü mikrorayonda qeydə alınıb. Şəhər sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Samir Verdiyev keçmiş arvadı, 1984-cü il təvəllüdlü Tutuxanım Cəfərovanı yaşadığı evdə bıçaqlayıb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. S.Verdiyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR