Bələdiyyə sədri və həyat yoldaşının qətli ilə bağlı məhkəmədə şahidlər ifadə veriblər

Bələdiyyə sədri və həyat yoldaşının qətli ilə bağlı məhkəmədə şahidlər ifadə veriblər
# 25 avqust 2016 10:30 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər. F. Hüseynovun qonşusu Knyaz Hüseynov ifadəsində torpaq almaq üçün qətlə yetirilən bələdiyyə sədrinə 18 min manat verdiyini deyib. O qeyd edib ki, pulu verərkən F. Hüseynov da onun yanında olub. Digər qonşu Hüseyn Hüseynov da torpaq almaq üçün bələdiyyə sədrinə 94 min manat pul verdiyini deyib.

Məhkəmə prosesi sentyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin bələdiyyə sədrinin tanışı, 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR