Mobil cihazların e-qeydiyyatı xidmətindən istifadə sayı 12%-dən çox artıb

Mobil cihazların e-qeydiyyatı xidmətindən istifadə sayı 12%-dən çox artıb
# 13 noyabr 2015 10:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Oktyabr ayında elektron qaydada qeydiyyatdan keçirilən mobil cihazların sayı sentyabr ayı ilə müqayisədə 12,3% artıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay “Elektron hökumət” portalı üzərindən qeydiyyatdan keçirilən mobil cihazların sayı 55598 ədəd olub.

Elektron qeydiyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidməti vasitəsi ilə həyata keçirilir.

E-xidmət vətəndaşlara xarici ölkələrdən aldıqları mobil cihazları asan şəkildə qeydiyyatdan keçirmək və onlayn ödəniş etmək imkanını verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR