Sergey İvanov: “Rusiya aviasiyasının Suriyaya göndərilməsi kortəbii və tələsik qərar olmayıb”

Sergey İvanov: “Rusiya aviasiyasının Suriyaya göndərilməsi kortəbii və tələsik qərar olmayıb”
# 19 oktyabr 2015 08:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Rusiya aviasiyasının Suriyaya göndərilməsi kortəbii və tələsik qərar olmayıb”.

APA-nın xəbərinə görə, bunu Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, fəaliyyət planı diqqətlə nəzərdən keçirilib və ali baş komandan Vladimir Putinlə razılaşdırılıb.

“Artıq sirr deyil ki, hərbi təyyarələr və silahlı qüvvələrin bəzi bölmələri Suriyaya əvvəlcədən göndərilmişdi”, - deyə o bildirib.

Rusiyanın Suriyadakı vəziyyətə müdaxilə etməsinin detallarına gəldikdə isə S. İvanov vəziyyətin artıq dözülməz xarakter aldığını üçün müvafiq qərarın verildiyini vurğulayıb.

S. İvanov Rusiya və digər MDB ölkələrindən İŞİD sıralarında döyüşən minlərlə insanın təhlükə törədə biləcəyinə diqqət çəkib. Yaxın Şərqdən Avropaya olan miqrant axını ilə bağlı danışan S. İvanov onların arasında agentlərin ola biləcəyini və terror təhlükəsini istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR