Rusiya və ABŞ Suriya üzrə birgə icra mərkəzi yaradır

Rusiya və ABŞ Suriya üzrə birgə icra mərkəzi yaradır
# 12 sentyabr 2016 19:25 (UTC +04:00)

Bakı-APA. Rusiya Hərbi Kosmik Qüvvələri Suriyada terrorçuların mövqelərinə hava zərbələri endirməkdə davam edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy bəyan edib.

“Zərbə endiriləcək obyektlərin müəyyən edilməsi üçün Rusiya və ABŞ tərəfindən birgə icra mərkəzi yaradılır. Bu, Rusiya və ABŞ-ın başçılıq etdiyi koalisiyaya hücumları əlaqələndirməyə imkan verəcək”, deyə S.Rudskoy bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR