Elmar Məmmədyarov: “Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq gündən-günə gücləndirilir”

Elmar Məmmədyarov: “Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq gündən-günə gücləndirilir”
# 19 oktyabr 2015 12:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq gündən-günə gücləndirilir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hər iki ölkə beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir: “Biz görüşdə enerji və Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə bağlı müzakirə apardıq. Bu, önəmli nəqliyyat dəhlizidir. Azərbaycan prezidenti də deyib ki, Azərbaycanla Gürcüstan birlikdə bu dəhlizi dünyaya təqdim etməlidir. Artıq Gürcüstan ərazisində dəmiryol tikilib. Gözləyirik ki, Türkiyə tərəfi onu istifadəyə versin. Ümid edirik ki, Türkiyə bu ilin sonu və ya gələn ilin əvvəlinə kimi təhvil versin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR