Şamaxıda üç “Mercedes” toqquşub, 6 nəfər ağır xəsarət alıb

Şamaxıda üç “Mercedes” toqquşub, 6 nəfər ağır xəsarət alıb
# 29 aprel 2016 08:46 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Şamaxıda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə saat 22:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində 02-BN-213 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn 90-GL-244 dövlət nömrə nişanlı, “Mercedes”lə toqquşub. Zərbənin təsirindən avtomobillər yolla hərəkət edən 99-HC-092 dövlət nömrə nişanlı başqa “Mersedes”ə çırpılıb. Hadisə zamanı Şamaxı və Göyçay sakinləri olan 1960-cı il təvəllüdlü Səmədov Əliağa Əlihəbib oğlu, 2001-ci il təvəllüdlü İlyasova Şəlalə Elşən qızı, 1965-ci il təvəllüdlü Qürbətova Qızxanım Təvəkkül qızı, 1962-ci il təvəllüdlü Məmmədova Xalidə Dadaş qızı, 1961-ci il təvəllüdlü Zərbəliyev Novruz Təvəkkül oğlu, 1972-ci il təvəllüdlü Zərbəliyeva Mirvari Təvəkkül qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR