Nazir: "Həmsədrlərlə tezliklə görüş gözlənilir”

Nazir: "Həmsədrlərlə tezliklə görüş gözlənilir”
# 02 fevral 2016 11:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “ATƏT-in Minsk qrupu həmsədrləri ilə tezliklə yeni görüşün keçirilməsi gözlənilir”.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

Lakin o, görüşün yeri və vaxtı barədə məlumat verməyib.

Xatırladaq ki, həmsədrlərin regiona son səfəri ötən il oktyabrın 26-28 oktyabr tarixlərində baş tutub.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədi ilə son görüş isə dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR