DİN Ağsuda baş verən güllələnmə faktı ilə bağlı məlumat yayıb

DİN Ağsuda baş verən güllələnmə faktı ilə bağlı məlumat yayıb
# 23 oktyabr 2015 10:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Ağsuda baş verən güllələnmə faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də Ağsu rayonunun Kalva kəndində kənd sakini Elşən Hacıyev münaqişə zəminində tüfəngdən açdığı atəşlə Şamaxı rayon sakini, yeznəsi Asif Zeynalova xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş A.Zeynalov orada ölüb.

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hacıyev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi “İJ” markalı tüfəng götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR