Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb
# 11 mart 2016 14:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 11,5 dəfə azalaraq 332 mln. 138 min 667,83 manat təşkil edib.

APA-Economics”in məlumatına görə, bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, son 1 ildə dövlət qiymətli kağızlar bazarında artım olub. Belə ki, 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 54 mln. 411 min 960 manat və ya 4,65 dəfə artıb.

Bundan fərqli olaraq, pay və borc alətləri bazarında azalma qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 3,97 dəfə azalaraq 5 mln. 547 min 428 manata, borc alətləri bazarı 33,13 dəfə azalaraq 13 mln. 646 min 642 manata düşüb.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) isə vəziyyət də ürəkaçan olmayıb. Ötən ilin ilk 2 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 3 mlrd. 053 mln. 497 min 662 manat və ya 13,53 dəfə azalaraq 243 mln. 617 min 756 manata düşüb.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR