Azad Rəhimov Qubada vətəndaşları qəbul edib

Azad Rəhimov Qubada vətəndaşları qəbul edib
# 12 fevral 2016 09:23 (UTC +04:00)

Bakı – APA. Gənclər və idman naziri Azad Rəhimov bu gün Qubada vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarından 30-dan artıq vətəndaş iştirak edib.

Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və işlə təminatla bağlı olub. Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsində edilən müraciətlər sırasında olub.

İdman sahəsində edilən müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakla bağlı olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR