Gəncədə avtomobil piyadanı vurub

Gəncədə avtomobil piyadanı vurub
# 27 iyul 2016 21:31 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Şəhər sakini, 1961-ci il təvəllüdlü Minurə Rəcəbli yolu keçmək istəyərkən “VAZ” markalı avtomobil onu vurub.

Xəsarət alan qadın dərhal xəstəxanaya aparılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR