Bakıda müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Bakıda müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək
# 12 oktyabr 2015 09:03 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin səyyar qəbulunu keçirməyə başlayır.

BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2015-2016-cı tədris ilinin ilk səyyar qəbulu oktyabrın 16-da keçiriləcək.

Xəzər rayonu üzrə 156 nömrəli tam orta məktəbdə keçiriləcək səyyar qəbula Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə məktəblərin və məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10.00-da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər həll ediləcək və lazımi təşkilatı və maarifləndirmə tədbirləri görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR