Con Kirbi: “YPG-nin əcnəbi döyüşçülərin Türkiyəyə hücum etmək çağırışını qətiyyətlə pisləyirik”

Con Kirbi: “YPG-nin əcnəbi döyüşçülərin Türkiyəyə hücum etmək çağırışını qətiyyətlə pisləyirik”
# 02 fevral 2016 09:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. ABŞ Dövlət Departamenti PKK terror təşkilatının Suriya qanadı olan YPG-nin əcnəbi döyüşçüləri Türkiyəyə hücum etmək çağırışını pisləyib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib. O, bununla bağlı sosial şəbəkələrdə yayılan videolardan xəbərdar olduqlarını deyib: “Türkiyəyə hücum çağırışı olan bu videoları qətiyyətlə pisləyirik. YPG-nin hədəfi Türkiyə ilə ortaq düşmənləri olan İŞİD olmalıdır.

Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə ingilis, ispan, fransız dillərində yayımlanan videolarda üzü bağlı bir terrorçu bəyanat oxuyur. Bəyanatda Türkiyənin kürdlərin ərazisini işğal etdiyi bildirilir, solçu döyüşçülərdən xahiş olunur ki, Türkiyəyə gələrək, Silahlı Qüvvələrinə qarşı mübarizə aparsınlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR