Mingəçevir sakinindən saxta əsginaslar götürülüb

Mingəçevir sakinindən saxta əsginaslar götürülüb
# 27 yanvar 2016 11:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Turan Yusifovdan rəngli printerdə hazırlanmış 25 ədəd 50, 8 ədəd 20 və 3 ədəd 5 manatlıq saxta əsginas götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR