GUAM Baş katibliyinin nümayəndəsi CODEXTER-in 30-cü plenar iclasında iştirak edib

GUAM Baş katibliyinin nümayəndəsi CODEXTER-in 30-cü plenar iclasında iştirak edib
# 24 may 2016 07:30 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Mayın 19 və 20-də Strasburqda Avropa Şurasının terrorizmə qarşı mübarizə üzrə ekspertlər komitəsinin (CODEXTER) 30-cu plenar iclası keçirilib.

APA-nın GUAM-ın saytına istinadən verdiyi xəbərə görə, iclasda GUAM Baş katibliyinin siyasi-hüquqi məsələlər üzrə proqram koordinatoru Mykola Melenevski müşahidəçi qismində iştirak edib.

İclas zamanı proqram koordinatoru əsasən GUAM-ın terrorizmlə mübarizə və kibertəhlükəsizlik sahəsində fəaliyyətləri barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR