Naməlum şəxslər Misirdə sərnişin təyyarəsini qaçırıb - YENİLƏNİB

Naməlum şəxslər Misirdə sərnişin təyyarəsini qaçırıb - <span style="color: red;">YENİLƏNİB
# 29 mart 2016 08:27 (UTC +04:00)

Bakı-APA. Misirdə naməlum şəxs sərnişin təyyarəsini qaçırıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, təyyarə İsgəndəriyyədən Qahirəyə uçurmuş. İçərisində 55 sərnişin və 7 ekipaj üzvünün olduğu bildirilən təyyarə Cənubi Kiprin Larnaka hava limanına endirilib.

İlkin məlumata görə, təyyarəni qaçıran şəxs silahlıdır. Kipr hüquq-mühafizə orqanları artıq onunla danışıqlara başlayıb. Təyyarədə sərnişinlərin sağ-salamat olduğu, hələlik heç kimin zərər çəkmədiyi bildirilir. Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, “şəhid kəmərini” işə salacaq.

Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR