Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Avropa Parlamentinin plenar iclasında Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi müzakirəyə çıxarılacaq.
APA-nın məlumatına görə, sənəd iyunun 16-da Xarici Əlaqələr Komitəsində müzakirə olunaraq qəbul olunub və müzakirə üçün plenar sessiyaya göndərilib.
Qeyd edək ki, “Aİ-Azərbaycan çərçivə sazişi: Azərbaycanın Aİ proqramlarında iştirakı ilə bağlı əsas prinsiplər” adlı sənədin müəllifi rumıniyalı parlamentar Nikolai Norikadır.