Paytaxtda bıçaqlanma baş verib

Paytaxtda bıçaqlanma baş verib
# 07 noyabr 2015 09:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində bıçaqlanma hadisəsi baş verib.

Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də axşam saatlarında Balaxanı qəsəbəsində 1991-ci il təvəllüdlü Emin Xalid Yusifova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Natiq Rəhim oğlu Əkbərov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR