“Lujniki”də yanğın söndürülüb

“Lujniki”də yanğın söndürülüb
# 05 oktyabr 2015 12:59 (UTC +04:00)

Bakı – APA. Moskva şəhərindəki “Lujniki” stadionunda baş verən yanğın söndürülüb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə yerinə çatan yanğınsöndürən dəstələr yanğının qarşısını tez bir zamanda alıb.

Yanğın stadiondakı inzibati binanın yaxınlığında baş verib. Yanğının sahəsi 30 kv. metr təşkil edib. Kabel və yarımrezin örtük yanıb. Hadisədə zərər çəkən olmayıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR