Suriya müxalifəti Cenevrədə Konstitusiya layihəsini təqdim edib

Suriya müxalifəti Cenevrədə Konstitusiya layihəsini təqdim edib
# 17 mart 2016 22:16 (UTC +04:00)

Bakı-APA. Suriya müxalifətinin “Moskva-Qahirə” qrupu Cenevrədə Konstitusiya layihəsini təqdim edib. APA-nın məlumatına görə, bu barədə “Sputnik”ə nümayəndə heyətinin üzvü Cihad Makdisi bildirib.

“Tərəflər bəzi məsələlər üzrə öz mövqeyini təqdim edib. Moskva qrupu sənəd təqdim edib, bizdə Konstitusiyaya dair təkliflərimizi təqdim etdik”, - deyə Cenevrədəki danışıqlarda iştirak edən mənbə bildirib.

Xatırladaq ki, geniş formatlı Suriya danışıqları (“Cenevrə-3”) martın 14-dən bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR