Balakəndə oğruluqla məşğul olan şəxslər tutulub

Balakəndə oğruluqla məşğul olan şəxslər tutulub
# 18 aprel 2016 22:03 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə oğruluqla məşğul olan şəxslər tutulub.

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində ayrı-ayrı vaxtlarda evlərdən və mağazalardan edilən oğruluq hadisələrinin üstünün açılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirib.

Rayonun Qazma kənd sakini Aşənnə Balagözovanın müraciəti əsasında aparılmış əməliyyat-axtarış tədbiri zamanı məlum olub ki, ona məxsus mağazadan ümumi dəyəri 282 manat olan ərzaq mallarını rayonun Talalar kənd sakinləri 20 yaşlı Tofiq Kamil oğlu Hacıyev və 21 yaşlı Nail Cəmil oğlu Musayev oğurlayıblar. Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

Balakən şəhər sakini Zülfüqar Paşa oğlu Vəliyevin müraciəti əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində isə məlum olub ki, Balakən şəhər sakini, 16 yaşlı Abdul İlham oğlu Aslanov qeyrisi ilə qabaqcadan əlbir olaraq Z. Vəliyevin evinin zirzəmisindən qanunsuz yaşayış sahəsinə daxil olaraq oradan 1200 manat dəyərində məişət əşyaları oğurlayıblar. Abdul Aslanov tutularaq istintaqa təhvil verilib. A. Aslanova qarşı aparılan istintaq zamanı məlum olub ki, o və qeyrisi şəhərin Daanov küçəsi, 9 ünvanında yerləşən Amin Habil oğlu Xəlilova məxsus mağazanın damını sındırmaqla mağazaya daxil olublar və oradan 780 manat dəyərində ərzaq malları oğurlayıblar.

Hər iki faktla bağlı cinayət işi başlayıb, təqsirləndirilən şəxslərin rayon ərazisində baş verən digər oğruluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR