Pentaqon İŞİD-lə mübarizə üçün büdcədən 7,5 milyard dollar ayrılmasını istəyir

Pentaqon İŞİD-lə mübarizə üçün büdcədən 7,5 milyard dollar ayrılmasını istəyir
# 02 fevral 2016 15:29 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə naziri Eşton Karter deyib.

O bildirib ki, 2017-ci il dövlət büdcəsindən ABŞ Avropadakı qüvvələri və tərəfdaşları üçün 3,2 milyard dolların ayrılmasını istəyəcək. Karter bildirib ki, bu rəqəm əvvəlkindən 4 dəfə çoxdur. Onun sözlərinə görə, bu artımın başlıca səbəbi Rusiyanın güclənməsidir.

ABŞ üçün əsas təhdidləri sadalayan E. Karter bura İran, Rusiya, Çin və İŞİD-i aid etsə də, Vaşinqtonun sadalanan ölkələrlə münaqişəyə girmək istəmədiyini vurğulayıb. “Bununla belə biz bu təhdidlərə göz yuma bilmərik”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR