Bakıda "KamAZ" markalı yük maşını qəza törədib

Bakıda "KamAZ" markalı yük maşını qəza törədib
# 27 may 2016 05:37 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Nəsimi rayonunda yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb. Əfqan Zeynalov idarə etdiyi qumla yüklü "KamAZ" markalı yük maşını ilə hərəkətdə olarkən maşının sol qabaq təkəri yerindən çıxıb.

İdarəetmədən çıxan yük maşını maneəni aşaraq qarşı yola çıxıb. Xoşbəxtlikdən qarşı yolda hərəkətdə olan avtomobil olmadığından qəza xəsarətsiz ötüşüb. Yerindən çıxan təkər "KamAZ" markalı digər yük maşınına, daha sonra isə "Opel" markalı avtomobilə çırpılıb.

Hadisə yerində Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sürücünün ifadəsi alınıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR