CAR-da hərbçiləri daşıyan avtobus aşıb, 11 nəfər ölüb, 31 nəfər xəsarət alıb.

CAR-da hərbçiləri daşıyan avtobus aşıb, 11 nəfər ölüb, 31 nəfər xəsarət alıb.
# 20 avqust 2016 00:18 (UTC +04:00)

Bakı-APA. Cənubi Afrika Respublikasında hərbçiləri daşıyan avtobus aşıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Lesoto ilə sərhəddə yerləşən Klarens şəhəri yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində 11 hərbçi ölüb, 31-i xəsarət alıb.

Hadisənin sürücünün qəflətən idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR