Qafqaz Universitetində "Karyerada ilk addım" mövzusunda təlim keçirilib

Qafqaz Universitetində "Karyerada ilk addım" mövzusunda təlim keçirilib
# 30 mart 2016 10:41 (UTC +04:00)

Bakı-APA. Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet tələbələrinə "Karyerada ilk addım" mövzusunda təlimlərin verilməsi davam edir.

Növbəti təlim Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün keçirilib. Universitetdən APA-ya bildirilib ki, “Ernst & Young Holdings” (CIS) B.V -ın insan resursları şöbəsinin müdiri Samirə Şabanova tələbələrə EY-da işə qəbul prosesi və müsahibə, CV doldurma qaydaları, şirkət rəhbərləri və ya HR-ları ilə görüş zamanı riayət olunacaq qaydalar, bədən dili və uğurlu müsahibə aparma bacarıqlarından danışıb. Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, illik 20 milyard dollardan çox büdcəsi olan “Ernst and Young” şirkəti 140 ölkədə fəaliyyət göstərir, ​dünyanın ən böyük 4 audit şirkətindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR