Banqladeşdə 45 il əvvəl hərbi cinayətlər törətmiş dini qruplaşmanın daha bir lideri edam olunub

Banqladeşdə 45 il əvvəl hərbi cinayətlər törətmiş dini qruplaşmanın daha bir lideri edam olunub
# 03 sentyabr 2016 22:51 (UTC +04:00)

Bakı-APA. Banqladeşdə 1971 ildə hərbi cinayətlər törətmiş “Cəmaəti İslami” radikal qruplaşmanın liderlərindən biri olan Mir Qasım Əli barəsində məhkəmənin çıxardığı edam hökmü icra olunub.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, məhkəmə avqustun 30-da Mir Qasım Əlinin ölüm hökmünə verdiyi apelyasiya şikayətini təmin etməyib. Bundan əvvəl, martda, Banqladeş Ali Məhkəməsi 2014-cü ildə verilmiş edam hökmünü qüvvədə saxlayıb.

Mir Qasım qətl törətməkdə, işgəncələr verməkdə, müharibə dövründə dini ədavət yaratmaqda ittiham olunub.

Edam hökmü yerli vaxtla 22.30-da (Bakı vaxtı ilə 20.30-da) ölkənin mərkəzi həbsxanasında asılmaqla icra edilib.

Qeyd edək ki, “Cəmaəti İslami” radikal qruplaşmanın 71 yaşlı lideri Moti ür-Rəhman Nizami bu ilin mayın 11-də edam olunub.

Banqladeşin müstəqilliyi uğrunda müharibə 1971-ci ildə Qərbi Pakistan (indiki Pakistan) və Şərqi Pakistan (indiki Banqladeş) arasında aparılıb. Nəticədə Şərqi Pakistan Banqladeş adı altında müstəqilliyini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR