Tərtər və Ağstafada partlamamış hərbi sursat tapılıb

Tərtər və Ağstafada partlamamış hərbi sursat tapılıb
# 30 iyun 2016 16:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu gün Tərtər, Ağdam, Füzuli və Ağstafa rayonlarında 1 ev və həyətyanı sahə, 1 ferma, 5 əkin sahəsi, 13 partlayış yerinə baxış keçirilib. Baxış zamanı Tərtər və Ağstafa ərazisində 5 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi, 73 mm-lik PQ-9 tank əleyhinə qumbara və 2 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Gün ərzində 19 780 kv.m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 30 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 620 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 28 ferma, əkin sahələri və çaxır zavodu ərazisinə baxış keçirilib, 1 562 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR