“Tvitter” postlarda simvolların sayını 10 minədək çoxaltmaq niyyətindədir

“Tvitter” postlarda simvolların sayını 10 minədək çoxaltmaq niyyətindədir
# 06 yanvar 2016 01:44 (UTC +04:00)

Bakı-APA. “Tvitter” sosial şəbəkənin yaradıcıları dərc edilən postlarda (yazılarda) simvolların sayını 10 minədək çoxaltmaq niyyətindədirlər. APA-nın məlumatına görə, bu barədə “Re/code” xəbər portalı məlumat yayıb.

Hazırda istifadəçilər maksimum 140 simvoldan ibarət postlar dərc edə bilirlər. Lakin, artıq 2016-cı ilin birinci rübünün sonuna bu məhdudiyyətə dəyişiklik ediləcəyi planlaşdırılır. “Re/code”nin məlumatına görə, şirkətin mənzil-qərargahında bu məlumata şərh verməkdən boyun qaçırıblar.

Qeyd edək ki, ABŞ-ın “Twitter Inc.” Şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin mənzil-qərargahı Kaliforniya ştatının San Fransisko şəhərində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR