ABŞ “Əş Şəbab” terror qruplaşmasının liderlərinə görə mükafat vəd edib

ABŞ “Əş Şəbab” terror qruplaşmasının liderlərinə görə mükafat vəd edib
# 11 noyabr 2015 01:59 (UTC +04:00)

Bakı-APA. ABŞ “Əş Şəbab” terror qruplaşmasının liderlərinin yeri barədə doğru məlumata görə mükafat vəd edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumata görə, ABŞ dövlət katibi Con Kerri Əbu Ubaydın yeri barədə doğru məlumata görə 6 mln dollar, Mahad Karat, Maalim Daud və Həsən Əfquya görə - 5 mln dollar, Maalim Salman və İman Əliyə görə isə 3 mln dollaradək mükafat verilməsini dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR