Şəkidə Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılacaq

Şəkidə Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılacaq
# 27 oktyabr 2015 15:46 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Şəki şəhərində xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və onun Şəkidə yaşadığı binaya xatirə lövhəsinin vurulması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, habelə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR