Mərkəz: Azərbaycan davamlı inkişafı təmin etmək üçün böyük potensiala malikdir

Mərkəz: Azərbaycan davamlı inkişafı təmin etmək üçün böyük potensiala malikdir
# 26 avqust 2016 13:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat perspektivi" mövzusunda alt-işçi qrupunun toplantısı keçirilib.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanda yeni iqtisadi modelin ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə fiskal dayanıqlılıq və orta müddətli xərclər çərçivəsi barədə müzakirələrdə qeyd edilib ki, ölkə qısa və uzun müddətli dövrdə davamlı inkişafı təmin etmək üçün böyük potensiala malikdir. Pul kütləsi və faiz dərəcələrinin gücləndirilmiş koordinasiyası, çevik məzənnə siyasəti və effektiv makroiqtisadi koordinasiya çərçivəsi barədə müzakirələr aparılıb. Eyni zamanda, iqtisadiyyatın ixtisaslaşdırılması istiqamətində müvafiq təkliflər də verilib.

Müzakirələrdə Prezident Administrasiyası, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və digər qurumların nümayəndələri iştirak edib. Bütün təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" üzrə İşçi Qrupuna təqdim edilib. Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində iqtisadiyyatın bütün əsas istiqamətləri üzrə müzakirə platformaları təşkil olunub.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR