Birinci rübdə "Şahdəniz" yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb

Birinci rübdə "Şahdəniz" yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
# 24 may 2016 11:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci rübündə “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına etibarlı şəkildə qaz çatdırılması üçün hasilatı davam etdirib.


“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, həmin dövr ərzində yataqdan 2,7 mlrd. standart kubmetr qaz və 0,6 mln. ton (təqribən 5 mln. barel) kondensat hasil edilib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 29,5 mln. standart kubmetr və ya ildə təqribən 10,8 mlrd. kubmetrdir.

Bu ilin birinci rübü ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 116 mln. dollar əməliyyat xərcləri və təqribən 928 mln. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir.


Qeyd edək ki, “Şahdəniz” yatağında iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), “Cənub Qaz Dəhlizi Upstrim” (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%), və TPAO (19%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR