Azərbaycan millisinin hücumçusu Türkiyə Superliqasında oynayacaq

Azərbaycan millisinin hücumçusu Türkiyə Superliqasında oynayacaq
# 10 iyun 2016 14:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin voleybolçusu Yana Kulanın (Ağayeva) yeni mövsümdə də Bakı klublarında oynamayacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

Ötən mövsümün sonunu II liqada oynayan “Balıkesir”də keçirən milliləşdirilmiş voleybolçu 1 illik fasilədən sonra yenidən Superliqada oynayacaq. O, 2014/2015 mövsümündə şərəfini qoruduğu “Çanaqkala Bld” klubuna qayıdıb. Hazırda Fransada yığmamızın düşərgəsində olan təmsilçimiz köhnə-yeni komandası ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Yana Cənubi Koreyanın “Hyundai”, Polşanın “Atom” və Çinin “Beijung” klublarında da legioner həyatı yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR