İran səfiri Mətbuat Şurasında media rəhbərləri ilə görüşüb

İran səfiri Mətbuat Şurasında media rəhbərləri ilə görüşüb
# 08 sentyabr 2016 11:55 (UTC +04:00)

Bakı - APA. Bu gün İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan Mətbuat Şurasında media rəhbərləri ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov səfirə fəaliyyəti dövründə ölkə mediası ilə sıx əməkdaşlığına görə təşəkkür edib.

Sədr bildirib ki, İran və Azərbaycan media orqanlarının qarşılıqlı əməkdaşlığı, səfərlərin təşkil olunması iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verib.

Daha sonra Ə. Amaşov səfirə Azərbaycandakı xidmətlərinə və media ilə əməkdaşlığına görə Mətbuat Şurasının xüsusi Diplomunu təqdim edib.

Səfir Möhsün Pakayin fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin inkişaf etməsinə xidmət etdiyini, o cümlədən media ilə əlaqələrin qurulmasında yeni mərhələ başladığını deyib. O, Azərbaycan və İran jurnalistlərinin 10-dan çox qarşılıqlı səfərinin təşkil edildiyini, bu müddət ərzində daim media ilə əlaqələrə və müzakirələrə önəm verildiyini bildirib. Səfir həmçinin Azərtac, APA, Trend agentliklərinin İranda, eyni zamanda bir neçə İran KİV-nin Azərbaycanda bürosunun fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, yeni səfir də İran və Azərbaycan arasında əlaqələrin inkişafında medianın roluna xüsusi diqqət edəcək.

Tədbirdə həmçinin "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı, "Paralel" qəzetinin rəhbəri Tapdıq Abbas, professor Cahangir Məmmədli və başqaları çıxış edərək səfirə gələcək fəaliyyətində uğurlar arzu ediblər. Çıxışçılar iki ölkə mediası arasında münasibətlərin intensivləşməsinin tərəfdarı olduqlarını bildiriblər.

Qeyd edək ki, səfir Möhsün Pakayin bu ayın 22-də Azərbaycanı tərk edəcək.

Onu yeni səfir Cavad Cahangirzadə əvəzləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR