BŞİH: Ötən il Bakıda qeyri-qanuni ticarətlə məşğul olan 60 nəfər cərimələnib

BŞİH: Ötən il Bakıda qeyri-qanuni ticarətlə məşğul olan 60 nəfər cərimələnib
# 18 fevral 2016 13:02 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “2015-ci ilin oktyabr ayınadək qeyri-qanuni ticarətlə məşğul olan 60 nəfər cərimələnib”.

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib.

Ə. Bağırov deyib ki, əsasən alkoqollu içkilərin satışı və qeyri-qanuni ticarətlə məşğul olan, dövlət rüsumunu ödəməyən şəxslər cərimələnib. Onun sözlərinə görə, cərimələrin məbləği 80 manatdan çox deyil.

Ə. Bağırov onu da bildirib ki, Azərbaycan prezidentinin sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması haqqında sərəncamından sonra departament tərəfindən aparılan yoxlamalar dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR