Övladının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçən valideynlərin sayı açıqlanıb

Övladının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçən valideynlərin sayı açıqlanıb
# 15 aprel 2016 15:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə 1 mart tarixindən başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, uşaqların I sinfə qəbulu prosesi 15 sentyabr tarixinədək davam edəcək.

BŞTİ-dən bildiriblər ki, hazırda mektebeqebul.edu.az saytı vasitəsilə 35 176 valideyn övladının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçib. “29 617 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 25 921 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 3 696 nəfəri isə lisey və gimnaziyaları seçib (lisey və gimnaziyaların I sinfinə elektron qəbul yekunlaşıb). Bu günə olan rəsmi məlumata əsasən, 18 088 nəfər oğlan, 15 889 nəfər qız I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçirilib. Onlardan 2894 nəfəri 6 yaşı tamam olmayanlardır. I sinfə qəbul üçün sorğu yerləşdirilmiş uşaqların arasında yaşı tamam olmayanlarla yanaşı məktəbə müraciət yaşı gecikmiş uşaqlar da mövcuddur. Belə ki, 30 nəfər 8 yaşdan yuxarı uşaq üçün mektebeqebul.edu.az saytı vasitəsilə müraciət edilib” – deyə BŞTİ-nin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR