Abxaziyadakı separatçı rejim Dağlıq Qarabağ və Dnestryanı bölgələr üçün vizasız rejim tətbiq etməyi planlaşdırır

Abxaziyadakı separatçı rejim Dağlıq Qarabağ və Dnestryanı bölgələr üçün vizasız rejim tətbiq etməyi planlaşdırır
# 24 fevral 2016 11:26 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Gürcüstandan ayrılmış Abxaziya regionu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və Moldovanın Dnestryani bölgəsi üçün vizasız rejim həyata keçirilməsini planlaşdırır.

APA-nın “georgiatoday.ge” saytına istinadən xəbərinə görə, bu barədə Suxumidəki separatçı hökumətdən Rusiyan mətbuatına verilən açıqlamada bildirib. Separatçı rejim sərhəddə vizaların verilməsini təmin etmək üçün xüsusi sərhəd məntəqələrinin yaradılmasını da nəzərdə tutub. Bununla yanaşı, Abxaziyanın müstəqilliyini tanımayan bütün ölkələr üçün sərt viza rejiminin tətbiq edilməsi də planlaşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya tərəfindən dəstəklənən hökumət aprelin 1-dən Abxaziyanın “müstəqilliyi”ni tanıyan ölkələrin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq edəcəyi ilə bağlı açıqlama vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR