Almaniyada şəhər meri vəzifəsinə namizəd ksenofobiya zəminində boynundan bıçaqlanıb

Almaniyada şəhər meri vəzifəsinə namizəd ksenofobiya zəminində boynundan bıçaqlanıb
# 18 oktyabr 2015 04:38 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şəhər meri vəzifəsinə müstəqil namizəd Genriyetta Reker ötən gün səhər saatlarında ənənəvi həftəsonu yarmarkasında boynundan ağır bıçaq yarası alıb. Qadına hücum çəkən 44 yaşlı kişi onu saxlamağa cəhd edən 4 şəhər sakininə də bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib, G.Reker əməliyyat olunub, hazırda onun həyatına təhlükə yoxdur.

Polisin məlumatına görə, saxlanılan şəxsin hücum etməsinə əsas səbəb ksenofobiya (əcnəbilərə qarşı nifrət) olub.

Məlumata görə, Genriyetta Reker qaçqınların Kelndə yerləşdirilməsinə cavabdeh olan məsul vəzifədə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR