İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanıb
# 22 sentyabr 2015 07:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın gömrük xidmətini orqanlarının əməkdaşları ölkə vətəndaşından narkotik vasitə və psixotrop maddə aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Zahid Əliyevə məxsus sellofan torbaya baxış zamanı həmin torbanın içərisindən 1 ədəd plastik qabda 210 ml həcmində metadon məhlulu və hər bir konvalyutda 20 ədəd həb olmaqla 8 konvalyut “Diazepam 10” adlı dərman preparatı aşkar olunub.

Xatırladaq ki, metadon məhlulu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 210 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,210 qram təşkil edir.

“Diazepam 10” adlı dərman preparatı isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir və 160 ədəd həbdə diazepamın təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edir.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR